Tokio-2020: 13 yaşlı yaponiyalı çempion olub

Tokio-2020:  13 yaşlı yaponiyalı çempion olub
# 26 iyul 2021 09:33 (UTC +04:00)

Yaponiyalı Momidzi Nisiya 13 yaşında olimpiya çempionu olub.

Apasport.az saytının məlumatına görə, yeniyetmə qız Tokio-2020 Yay Olimpiya Oyunlarında fərqlənib.

Skeytbordun strit növündə fərqlənib. Nisiya 13 yaş 330 günlüyündə qızıl medal qazanıb.

O, Yay Olimpiya Oyunları tarixində ikinci ən gənc çempiondur. Yalnız ABŞ idmançısı Marcori Qestrinq daha gənc yaşında çempionluq sevinci yaşayıb. Amerikalı 1936-cı ildə suyatullanmada 13 yaş 268 günlüyündə qızıl medala yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR