Tokio-2020: 63 min əhaliyə malik Bermud adaları ilk qızıl medalını qazanıb

Tokio-2020:  63 min əhaliyə malik Bermud adaları ilk qızıl medalını qazanıb

© APA | Flora Daffi

# 27 iyul 2021 10:02 (UTC +04:00)

Bermud adaları Olimpiya çempionluğu qazanan ən azsaylı əhaliyə malik ölkə olub.

Apasport.az saytının məlumatına görə, cəmi 63 min adamın yaşadığı ölkə tarixinin ilk uğuruna Tokio-2020 Yay Olimpiya Oyunlarında imza atıb.

Flora Daffi qadın triatlonçuların yarışında qızıl medala yiyələnib. Bunadək Bermud adaları Olimpiya Oyunlarında yalnız bir bürünc qazanıb. Monreal-1976-da boksçu buna nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR