Tokio-2020: ABŞ üzgüçüsü 7-ci dəfə Olimpiadada qızıl medala sahib olub

Tokio-2020:  ABŞ üzgüçüsü 7-ci dəfə Olimpiadada qızıl medala sahib olub
# 31 iyul 2021 10:14 (UTC +04:00)

ABŞ üzgüçüsü Keti Ledeki nadir təsadüf olunan nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında 800 m məsafəyə sərbəst üsulla üzməkdə çempionluq yaşayıb.

O, 7-ci dəfə Olimpiada qızılına sahib çıxıb. Bunların altısı fərdi, biri estafetdə əldə olunub.

Ledeki yarışın tarixində 7 və daha çox qızıl medal qazanan ikinci qadın üzgüçü olub. Rekord isə Cenni Tompsona məxsusdur. ABŞ üzgüçüsü 8 dəfə çempionluğa sevinib. Amma onun bütün uğurları estafetdə qeydə alınıb.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR