Tokio-2020: Açılış mərasimində 950 qonaq olacaq

Tokio-2020:  Açılış mərasimində 950 qonaq olacaq
# 22 iyul 2021 14:37 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək qonaqların sayı açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, bu Təşkilat Komitəsinin sədri Hidemasa Nakamura məlumat verib.

O bildirib ki, sabahkı tədbirdə 950 nəfər rəsmi şəxs iştirak edəcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirə yalnız VİP-qonaqlar buraxılacaq. Bunlar sponsorlar, diplomatlar və Beynəlxalq Olimpiya Komitəsinin üzvləridir.

Qurum rəsmisi açılışda iştirak edəcək idmançıların sayını dəqiq deyə bilməyib. O bildirib ki, paradda tibbi maskalardan istifadə olunacaq və sosial məsafəyə riayət ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR