Tokio-2020: Azərbaycan badmintonçusu Olimpiadaya qələbə ilə başlayıb

Tokio-2020:  Azərbaycan badmintonçusu Olimpiadaya qələbə ilə başlayıb
# 27 iyul 2021 16:13 (UTC +04:00)

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, badmintonçu Edi Reski Dviçayo bu idman növündə Olimpiadalar tarixindəki ilk təmsilçimiz olub.

L qrupunda mübarizə aparan idmançımızın debütü II turda gerçəkləşib. Milliləşən legionerimiz vyetnamlı Tien Minh Nguyen ilə görüşüb. Asiyalı rəqibindən daha üstün çıxış edən Edi iki setdə qələbə qazanıb.

Qeyd edək ki, idmançımız sabah keçiriləcək son turda Anders Antonsenlə (Danimarka) üz-üzə gələcək.

27 iyul
Badminton, kişilər
L qrupu, II tur

15:00. Edi Reski Dviçayo (Azərbaycan) - Tien Minh Nguyen (Vyetnam) – 2:0 (21:14, 21:18)

1

Anders Antonsen (Danimarka)

1

1

0

2-0

42-26

2

Edi Reski Dviçayo (Azərbaycan)

1

1

0

2-0

42-32

3

Tien Minh Nguyen (Vyetnam)

2

0

2

0-4

58-84

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR