Tokio-2020: Azərbaycan boksçusu 1/8 final döyüşünə çıxacaq

Tokio-2020:  Azərbaycan boksçusu 1/8 final döyüşünə çıxacaq
# 31 iyul 2021 00:00 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Yaponiya paytaxtındakı yarışın 9-cu günündə 21 dəst medal sahibini tapacaq.

Azərbaycan yığmasının yalnız bir idmançısı bu gün gücünü sınayacaq. Boksçu Cavid Çələbiyev 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaq. O, Ermənistan təmsilçisi Ovanes Baçkovla üz-üzə gələcək.

31 iyul
07:36. Boks, kişilər. 63 kq, 1/8 final. Cavid Çələbiyev – Ovanes Baçkov (Ermənistan)

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR