Tokio-2020: Azərbaycan millisinin 2 idmançısı mübarizəyə başlayır

Tokio-2020: Azərbaycan millisinin 2 idmançısı mübarizəyə başlayır
# 27 iyul 2021 00:00 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın 5-ci günündə 22 dəst medal sahibini tapacaq.

Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulacaq. Onlardan yalnız biri medal şansına ilk gündə aydınlıq gətirəcək.

Bu, cüdoçu Murad Fətiyevdir. O, 81 kq çəki dərəcəsində mükafatçılar sırasına düşməyə çalışacaq.

Bu gün həm də Azərbaycan badmintonu üçün Olimpiadada debüt gerçəkləşəcək. Qrup mərhələsində ilk turu buraxan milliləşən legioner öz debütündə 1/8 finala doğru ilk addım atmağa çalışacaq.

27 iyul
06:00. Cüdo. Kişilər, 81 kq. 1/16 final. Murad Fətiyev – Frederik Harris (Syerra-Leone)
15:00. Badminton. Kişilər, L qrupu, II tur. Edi Reski Dviçayo - Tien Minh Nguye (Vyetnam)

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR