Tokio-2020: Azərbaycan Paralimpiadada ilk medalını qazanıb - FOTOLENT

Pərvin Məmmədov fəxri kürsüdə

© APA | Pərvin Məmmədov fəxri kürsüdə

# 26 avqust 2021 09:12 (UTC +04:00)

Tokio-2020 XVI Yay Paralimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan milli komandası ilk medalını qazanıb.

Pauerliftiqdə mübarizə aparan Pərvin Məmmədov bürünc medala yiyələnib. 49 kq çəkidə çıxış edən idmançımız 156 kq nəticə göstərib.

Qeyd edək ki, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmiz 6 idman növündə 46 kateqoriyada rekord sayda 35 idmançı ilə təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR