Tokio-2020: Azərbaycan taekvondoçularının rəqibləri dəqiqləşib

Tokio-2020:  Azərbaycan taekvondoçularının rəqibləri dəqiqləşib
# 22 iyul 2021 13:05 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarının püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparacaq Azərbaycan idmançılarının ilk rəqibləri bəlli olub.

1/8 finaldan yarışa başlayacaq Milad Beiqi Harçeqani taypeyli Vey-Tinq Liu ilə döyüşəcək. 80 kq çəkidə mübarizə aparacaq dünya çempionumuz qarşılaşmaya iyulun 26-da çıxacaq.

67 kq çəkidə gücünü yoxlayacaq Fəridə Əzizova da dayanq üzərinə eyni gündə çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Peyc Makferson olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR