Tokio-2020: Azərbaycanın 9 cüdoçusunun lisenziyası rəsmən açıqlanıb

Tokio-2020: Azərbaycanın 9 cüdoçusunun lisenziyası rəsmən açıqlanıb
# 22 iyun 2021 20:14 (UTC +04:00)

Beynəlxalq Cüdo Federasiyaları (İJF) Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatın görə, Olimpiya reytinqinə əsasən müəyyənləşən vəsiqələrə 110 ölkənin cüdoçuları sahib olublar.

Onlar arasında Azərbaycan yığmasının 9 üzvü də var. Kişilərdən ibarət milli komandamızın Olimpiya Oyunlarına tam heyətlə yollanacağı rəsmiləşib. Cüdoçularımızdan Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) lisenziyalara sahib çıxıblar.

Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) Tokio-2020-də iştirak hüququna yiyələniblər.

Bununla da Azərbaycanın Tokio-2020-də iştirak hüququ qazanan idmançılarının sayı 39 çatıb.

Cüdoçularadək boksçular Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq), Məhəmməd Abdullayev (+91 kq), idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçiləri Rafiq Hüseynovla (77 kq) İslam Abbasov (87 kq), qadın güləşçilər Mariya Stadniklə (50 kq) Elis Manolova (68 kq), taekvondoçular Fəridə Əzizova (67 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), karateçilər Firdovsi Fərzəliyev (67 kq), Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya), ağırlıqqaldıran Əliş Nəzərov (109 kq), şosse velosipedçisi Elçin Əsədov, badmintonçu Edi Reski Dviçayo, triatlonçu Rostislav Pevtsov da Tokio-2020-yə lisenziyaya sahib olublar. Azərbaycan Üzgüçülük Federasiyası Ramil Vəlizadənin də vəsiqə qazandığını açıqlasa da, bu, hələ təsdiqini tapmayıb.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR