Tokio-2020: Etiraz kağızları yayan şəxs saxlanılıb

Tokio-2020:  Etiraz kağızları yayan şəxs saxlanılıb
# 25 iyul 2021 11:02 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsinin əleyhinə çağırış kağızları yayan şəxs saxlanılıb.

Apasport.az saytının məlumatına görə, Naqoya prefekturasının polisi 59 yaşlı kişi sakini həbs edib.

O, metronun qatarından onlarla kağızı pəncərədən relslər üzərinə atıb. Bu, iyulun 23-dəki açılış mərasimindən bir neçə saat əvvəl olub. Onun hərəkəti qatarların hərəkət cədvəlinə təsir edib. Saxlanılan şəxs Olimpiadaya etiraz ifadə olunan qeydlər atdığını boynuna alıb.

Qeyd edək ki, açılışdan əvvəl Olimpiada əleyhinə etiraz aksiyası da keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR