Tokio-2020: Novak Cokoviç bürünc medal qarşılaşmasına çıxmayacaq

Tokio-2020:  Novak Cokoviç bürünc medal qarşılaşmasına çıxmayacaq

© APA | Novak Cokoviç

# 31 iyul 2021 14:12 (UTC +04:00)

Dünyanın 1 nömrəli raketkası Novak Cokoviç Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını dayandırıb.

Apasport.az saytının məlumatına görə, serbiyalı qarışıq cütlərin bürünc medal uğrunda matçına çıxmayacaq.

Onun Nina Stoyanoviçlə cütünə məğlubiyyət veriləcək. Bürünc medallar isə avstraliyalılar Eşli Berti ilə Con Pirsə nəsib olacaq.

Qeyd edək ki, Cokoviç az əvvəl fərdi yarışlarda bürünc medal qarşılaşmasında uduzaraq mükafatsız qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR