Tokio-2020: Olimpiya kəndində daha 2 idmançı koronavirusa yoluxub

<span class="red_color">Tokio-2020: Olimpiya kəndində daha 2 idmançı koronavirusa yoluxub
# 22 iyul 2021 09:45 (UTC +04:00)

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 12 koronavirusa yoluxma aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.

Yoluxanlardan ikisi Olimpiya kəndində məskunlaşan xarici idmançılardır. 6 nəfər yaponiyalı, 4 nəfər xarici əməkdaş da infeksiyaya yoluxub. Onlardan da ikisi Olimpiya kəndində qalan şəxslərdir.

Qeyd edək ki, açılışı sabah olacaq Olimpiya Oyunlarında bir gün öncə 2 atletin də koronavirus testi müsbət çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR