Tokio-2020: Saley özünün 3-cü, Azərbaycan millisinin 12-ci qızıl medalını qazanıb

Tokio-2020: Saley özünün 3-cü, Azərbaycan millisinin 12-ci qızıl medalını qazanıb
# 03 sentyabr 2021 13:58 (UTC +04:00)

Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, Roman Saley üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə edib.

Milliləşən legioner 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənib. O, 57,81 saniyə göstərici ilə birinci yeri tutub. Bunadək brass və sərbəst üsulla 100 m üzməkdə çempion adını qazanan Saley aktivinə 3-cü qızıl medalı yazdırıb.

Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medal sayı 17-yə çatıb. Bunlardan 12-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR