5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

“Şuşanın azad olunmasına görə” medalı

© APA | “Şuşanın azad olunmasına görə” medalı

# 24 iyun 2021 13:19 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5784 hərbi qulluqçusu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Təltif edilənlərin 20-si polkovnik, 57-si polkovnik-leytenantdır.

Təltif olunanların siyahısı


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR