Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq 500 min manat ayrılıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 28 may 2021 13:33 (UTC +04:00)

Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq 500 min manat ayrılıb.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Ağdam Sənaye Parkının yaradılması haqqında Fərmanda əksini tapıb.

Fərmana əsasən, Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Fərmanda qeyd olunub ki, Nazirlər Kabineti Ağdam Sənaye Parkının fəaliyyəti üçün işğaldan azad edilmiş Ağdam şəhərinin yaxınlığında 190 (yüz doxsan) hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR