Avstriya Respublikasının Federal Prezidenti Azərbaycan Prezidentini təbrik edib

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen

© APA | Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen

# 25 may 2021 00:41 (UTC +04:00)

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək dünyanı çağırışlarla üz-üzə qoyan belə bir zamanda Sizə şəxsi əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcək dolu ən gözəl arzularımı çatdırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR