“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” sərəncamda əksini tapıb.
Sərəncam “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə imzalanıb.
Azərbaycan İnvestisiya Holdinqi:
- beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” ASC-nin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək;
- bu Sərəncamda nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Mərkəzi Bank ilə birlikdə “Azər-Türk Bank” ASC-nin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Müəyyən edilib ki, bu Sərəncamın yuxarıdakı bəndləri icra olunanadək “Azər-Türk Bank” ASC-nin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin idarəetmə orqanları fəaliyyətini davam etdirəcəklər.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
“Azər-Türk Bank” ASC və "Azərsığorta" AİH-in idarəetməsinə verilib
© APA | Prezident İlham Əliyev
22 sentyabr 2021 16:11 (UTC +04:00)
Rəsmi xəbər
Şuşanın “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM
16:58
17 aprel 2024
Filippin dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
12:25
17 aprel 2024
Prezident İlham Əliyev AQEM-in Baş katibini qəbul edib - YENİLƏNİB
11:50
17 aprel 2024
Aleksandar Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:42
16 aprel 2024