Azərbaycan dövlət başçısı: “Bu gün Zəngilanın Ağalı kəndindəki rəsmi mərasim tarixdə qalacaq”

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış edir

© APA | Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış edir

# 26 oktyabr 2021 20:10 (UTC +04:00)

“Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuata bəyanatında deyib.

Azərbaycan Prezidenti bildirib ki, adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir: “Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm bu gün Zəngilanda rəsmi mərasimin keçirilməsi, Türkiyə və Azərbaycan dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdəydik, bu gün də bir yerdəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR