Azərbaycan Prezident: “Biz tarixi missiyamızı şərəflə yerinə yetirdik”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 27 sentyabr 2021 10:19 (UTC +04:00)

“İkinci Qarabağ Müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, 44 gün Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa edib: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa olsun, öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq. Belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, Ordumuzu gücləndirdik. Ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Bundan sonra biz müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR