Azərbaycan Prezidenti: “300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 27 sentyabr 2021 10:37 (UTC +04:00)

“44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi”.

APA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

Prezident bildirib ki, biz Qələbəni döyüş meydanında qazandıq: “300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR