Azərbaycan Prezidenti: “Avropa İttifaqı bizim nəqliyyat potensialımıza böyük maraq göstərir”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 13 oktyabr 2021 13:32 (UTC +04:00)

“Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının geniş gündəliyi ilə bağlı ətraflı müzakirələr apardıq. Əlbəttə, əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar”.

APA xəbər verir ki, bunu oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Avropanın Cənubi Qafqazda daha geniş iştirakı müsbət hal ola bilərmi” sualına cavablnda bildirib.

Prezident deyib ki, bu gün Avropa İttifaqı Azərbaycanın nəqliyyat potensialına böyük maraq göstərir və bu sahədə fəal iştirak edir: “Çünki biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Biz, həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolunu müzakirə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR