Azərbaycan Prezidenti: “Bu gün ölkəmizin tarixində əlamətdar gündür. Uzun fasilədən sonra Şuşada “Xarıbülbül festivalı keçirilir” - VİDEO

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 12 may 2021 15:04 (UTC +04:00)

“Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar gündür. Uzun fasilədən sonra Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada “Xarıbülbül” festivalının açılışında deyib.

Dövlət başçısı bildirib ki, biz bu günü səbirsizliklə 30 il gözləmişik: “30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR