Azərbaycan Prezidenti: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq”

Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada mətbuat konfransı

© APA | Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada mətbuat konfransı

# 15 iyun 2021 17:44 (UTC +04:00)

“Biz bu gün azad edilmiş Şuşada görüşürük. Bu gün əminəm ki, bütün Azərbaycan və türk xalqının gözü burdadır. Bütün dünyanın gözü burdadır”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi: “Və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan, qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq. Bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR