Azərbaycan Prezidenti: “Dünya miqyasında Türkiyə ilə unikal əməkdaşlıq, müttəfiqlik nümunəsi göstəririk” - VİDEO

Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada mətbuat konfransı

© APA | Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada mətbuat konfransı

# 15 iyun 2021 17:26 (UTC +04:00)

“Mən dəfələrlə demişəm ki, bu gün Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı deyib ki, bizi birləşdirən bir çox amillər var ki, bu birliyi təmin edir: “İlk növbədə tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız və xalqlarımızın qardaşlığı. Bu gün dünya miqyasında biz unikal əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. 20-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk deyib ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. 20-ci əsrin sonlarında Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik və 21-ci əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən bizim əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR