Azərbaycan Prezidenti Hadrutda yeni məscidin təməlini qoyub - YENİLƏNİB

Prezident İlham Əliyev Hadrutda məscidin təməlini qoyur

© APA | Prezident İlham Əliyev Hadrutda məscidin təməlini qoyur

# 10 oktyabr 2021 11:38 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

APA-nın məlumatına görə, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoydu.

Məlumat verildi ki, Hadrut qəsəbəsində yerli əhali üçün inşa ediləcək məscidin minarəsi 26 metr olacaq. Eyni vaxtda 250 nəfərin ibadəti üçün nəzərdə tutulan məscidin ikinci mərtəbəsində qadınların ibadət otağı yerləşəcək. Məscidin fasadında xüsusi bəzək elementlərindən istifadə olunacaq.

***

9 oktyabr saat 16.28

Prezident İlham Əliyev Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR