Azərbaycan Prezidenti: “Müharibə dövründə bütün türk xalqının məhəbbətini, sevgisini, həmrəyliyini bir daha gördük”

Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada mətbuat konfransı

© APA | Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada mətbuat konfransı

# 15 iyun 2021 18:05 (UTC +04:00)

“Bu gün Türkiyənin mətbuat nümayəndələri Şuşadadırlar. Onların fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onlar müharibənin ən təhlükəli anlarında real vəziyyəti əks etdirmək, tamaşaçıalra və dünyaya çatdırmaq üçün öz həyatlarını risk altına atırdılar. Mən özüm şəxsən müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim. Bir daha görürdüm ki, burada təkcə peşəkarlıq, professionallıq məsələləri deyil. Burada həmrəylik, dayanışma, sevgi ilə dolu reportajlar verilir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın haqq səsi dünyaya çatdırılır: “Azərbaycanın haqlı olması dünyaya çatdırılır və ən təhlükəli yerlərdə, bombalar düşdüyü yerlərdə Türkiyənin mətbuat nümayəndələri dərhal ora gəlmişdilər, reportajlar hazırlamışlar. Və onlar yaxşı bilirdilər ki, Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirmədiyi üçün bizim mülki vətəndaşları uzaqmənzilli raketlərlə, bombalarla, “İsgəndər M”, “Toçka U” raketləriylə atəşə tutur. Bu namərd atəş nəticəsində 100-dən çox mülki şəxs - onların arasında uşaqlar, qadınlar həlak olub. Biz müharibə dövründə bütün türk xalqının məhəbbətini, sevgisini, həmrəyliyini bir daha gördük. Biz onsuz da bilirdik ki, biz “Bir millət, iki dövlətik”. Necə ki, rəhmətlik atam demişdir. Müharibə bunu bir daha dünyaya göstərdi. Biz heç vaxt bu dəstəyi unutmayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR