Azərbaycan Tacikistana yeni səfir təyin edib

Azərbaycan Tacikistana yeni səfir təyin edib
# 16 iyul 2021 17:42 (UTC +04:00)

Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR