Azərbaycanın Aİ yanında Nümayəndəliyinin başçısı geri çağırılıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 26 iyul 2021 13:22 (UTC +04:00)

Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR