BƏƏ-nin Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

BƏƏ-nin vitse-prezidenti və Baş naziri Məhəmməd bin-Rəşid Al Maktum

© APA | BƏƏ-nin vitse-prezidenti və Baş naziri Məhəmməd bin-Rəşid Al Maktum

# 25 may 2021 19:43 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı firavanlıq və tərəqqi arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR