Bəhreyn Krallığının vəliəhdi Azərbaycan Prezidentini təbrik edib

Salman bin Həməd Al Xəlifə

© APA | Salman bin Həməd Al Xəlifə

# 14 iyun 2021 17:22 (UTC +04:00)

Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR