Bolqarıstan dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

Bolqarıstan Prezidenti Rumen Radev

© APA | Bolqarıstan Prezidenti Rumen Radev

# 27 may 2021 13:46 (UTC +04:00)

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Milli bayramınız - 28 May - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, xalqınıza sülh və əmin-amanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istərdim ki, Bolqarıstan Respublikası xalqlarımız və ölkələrimiz arasındakı strateji əməkdaşlığı və mövcud ikitərəfli mükəmməl əlaqələri yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsini arzulayır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR