BP-nin regional prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu ünvanlayıb

​​​​​​​BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz

© APA | ​​​​​​​BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz

# 27 may 2021 15:54 (UTC +04:00)

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

BP şirkəti Azərbaycanla əməkdaşlığın davamlı şəkildə genişləndirilməsinə böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha da səmərəli inkişafına ümid edir. Mən BP ilə Azərbaycan Hökuməti arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə inanıram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR