Bruney Sultanı Azərbaycan Prezidentini təbrik edib

Bruney Sultanı Hacı Həssənal Bolkiah

© APA | Bruney Sultanı Hacı Həssənal Bolkiah

# 02 iyun 2021 17:14 (UTC +04:00)

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Fürsətdən istifadə edərək milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, ölkələrimiz arasında səmimi dostluğa çox yüksək dəyər verir, əməkdaşlıq əlaqələrimizin həm ikitərəfli, həm də beynəlxalq səviyyədə daha da inkişaf etdiriləcəyinə ümid edirəm.

Sizə ən dərin ehtiramımı və xoş arzularımı çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq diləyir, həm də Ramazan bayramınızı təbrik edirəm.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR