Cıdır düzündə Ərdoğana “Zəfər” adlı Qarabağ atı hədiyyə edilib 

Azərbaycan və Türkiyə prezidentləri Cıdır düzündə

© APA | Azərbaycan və Türkiyə prezidentləri Cıdır düzündə

# 15 iyun 2021 19:39 (UTC +04:00)

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib.

APA-nın məlumatına görə, “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR