Dövlət başçısı: “Ermənistan ordusunun zabitləri əsgərləri səngərdə, avtomobillərdə zəncirləyirdilər ki, qaçmasınlar”

Dövlət başçısı: “Ermənistan ordusunun zabitləri əsgərləri səngərdə, avtomobillərdə zəncirləyirdilər ki, qaçmasınlar”

© APA | Prezident İlham Əliyev

# 14 iyul 2021 16:18 (UTC +04:00)

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdə çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmayıb: “Biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi - bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur. Onu da bildirməliyəm ki, müharibə dövründə bir dənə də fərari olmamışdır. Amma Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Onların yarısı ölkədən qaçmışdır, yarısına qarşı da cinayət işi açılmışdır. Amma sonra Ermənistan rəhbərliyi götür-qoy elədi, dedi ki, bu on min nəfəri burada necə həbs edə bilərlər. Ona görə onları əfv etdi. On mindən çox fərari olmuşdur. O məşhur kadrların hamısı həqiqətdir ki, səngərlərdə Ermənistan ordusunun zabitləri əsgərləri zəncirləyirdilər, avtomobillərdə zəncirləyirdilər ki, qaçmasınlar. Kütləvi qaçış hökm sürürdü. Bax, budur bizim nailiyyətimiz. Amma bizdə bir nəfər də olsun, döyüş meydanından qaçmadı, əksinə, hospitallarda yaralı vəziyyətdə olanlar da həkimlərinə deyirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdırıq. Bəli, bir çoxları da qayıdıb və həlak olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR