Dövlət başçısı Gürcüstan Prezidentinə başsağlığı verib

Salome Zurabişvili, Prezident İlham Əliyev

© APA | Salome Zurabişvili, Prezident İlham Əliyev

# 09 oktyabr 2021 16:21 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR