Dövlət Dəniz və Liman Agentliyinə rəhbərliyi İdarə Heyəti həyata keçirəcək

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 11 oktyabr 2021 17:45 (UTC +04:00)

Dövlət Dəniz və Liman Agentliyinin idarəetmə orqanı onun İdarə Heyəti olacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsində əksini tapıb.

Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirəcək. İdarə Heyətinin sədrini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edəcək. İdarə Heyəti sədrinin Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 3 müavini olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR