Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası təsdiq edilib - CƏDVƏL

Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası təsdiq edilib - CƏDVƏL
# 25 iyun 2021 17:38 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, Sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin icrası, gəlirlər 9 360 769,8 min manat, xərclər 12 425 288,5 min manat və ya Fondun 2020-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 119,5 faiz, xərclər üzrə 99,9% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib.

Sıra №- si

Göstəricilər

min manatla

Gəlirlər, cəmi:

9 360 769,8

o cümlədən:

1.

Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

6 587 262,2

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri

6 752,4

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

20 362,0

4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

1 978 615,8

5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar

767 777,4

Xərclər, cəmi:

12 425 288,5

o cümlədən:

1.

Məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

199 998,1

2.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

12 200 000,0

3.

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi

4 103,2

4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

21 187,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR