Əbu-Dabinin vəliəhdi Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Al Nəhyan

© APA | Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Al Nəhyan

# 25 may 2021 19:39 (UTC +04:00)

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və inkişaf arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR