Elin Süleymanov Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsindən geri çağırılaraq Böyük Britaniyaya səfir təyin edilib

Səfir Elin Süleymanov

© APA | Səfir Elin Süleymanov

# 26 iyul 2021 14:56 (UTC +04:00)

Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Elin Süleymanov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR