Filippin Prezidenti Azərbaycanın dövlət başçısına təbrik ünvanlayıb

Filippin Respublikasının Prezidenti Rodriqo Roa Duterte

© APA | Filippin Respublikasının Prezidenti Rodriqo Roa Duterte

# 16 iyun 2021 18:12 (UTC +04:00)

Filippin Respublikasının Prezidenti Rodriqo Roa Duterte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Filippin xalqı ölkənizin daha böyük tərəqqiyə, rifaha və sülhə doğru irəliləməsinin bütün mərhələlərində Azərbaycan xalqını dəstəkləyir.

Əminəm ki, xalqlarımızın ortaq maraqları naminə birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcək, dövlətlərimiz arasındakı dostluq və həmrəylik daha da güclənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR