Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnil

© APA | Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnil

# 31 may 2021 18:37 (UTC +04:00)

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Həqiqətən uzun müddətdən sonra ilk dəfədir ki, Azərbaycan bu gözəl milli bayramı bütün ərazisində azad şəkildə qeyd edir. Bu, hər kəsə milli birliyə yenidən qovuşmaq imkanı verən çox mühüm hadisədir.

Çox təəssüf ki, Fransa hökuməti müxtəlif tarixi hadisələrə, xüsusilə Qarabağın işğalı ilə bağlı məsələyə münasibətdə Azərbaycanın gözlədiyi cavabı vermədi.
Bundan əlavə, bəzi erməni dairələrinin təsiri altında olan çoxsaylı Fransa KİV-ləri Azərbaycandakı vəziyyətlə bağlı reallığı təhrif edirlər. Məhz buna görə ölkələrimiz və xalqlarımız arasında əlaqələri qoruyub saxlamaq, münasibətlərimizin inkişafına töhfə vermək bizim üçün indi həmişəkindən daha vacibdir.

Tezliklə böyük xalqlarımızı yenidən yan-yana görmək ümidi ilə bu əlamətdar gündə Sizə, Fransanın tarixi dostu olan Azərbaycan xalqına firavanlıq və uğurlar arzulayırıq.

Cənab Prezident, ölkələrimizin yaxınlaşması üçün Sizinlə əməkdaşlıq etməyə sadiq qaldığımızı bildirərək, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR