Gələn il əməkhaqları, əmək pensiyaları və sosial müavinətlər artırılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 16 oktyabr 2021 15:17 (UTC +04:00)

Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti, eyni zamanda, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR