İcbari sığorta haqlarından müharibə əlillərinə təminatı tədbirləri maliyyələşdiriləcək

İcbari sığorta haqlarından müharibə əlillərinə təminatı tədbirləri maliyyələşdiriləcək
# 18 may 2021 17:06 (UTC +04:00)

Dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi xəzinə hesabında toplanır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürüləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, sığorta vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

- dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

- sığorta ehtiyatının yaradılmasına;

- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR