İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 11 oktyabr 2021 18:02 (UTC +04:00)

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxs yaradılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əlyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxs yaradılıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR