Kənd təsərrüfatı sahəsində dövlət nəzarətini həyata keçirən işçilərin xüsusi geyim forması hazırlanacaq

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 07 oktyabr 2021 14:16 (UTC +04:00)

Kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərin xüsusi geyim forması hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən işçilərin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini və təchizat normasını, habelə kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan nəzarət-ölçü cihazlarının və digər xüsusi vasitələrin Siyahısını üç ay müddətində təsdiq etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR