Küveytin Baş naziri Azərbaycan Prezidentini təbrik edib

Küveytin Baş naziri Azərbaycan Prezidentini təbrik edib

© APA | İlham Əliyev

# 08 iyun 2021 17:13 (UTC +04:00)

Küveyt Dövlətinin Baş naziri Sabah Xalid əl-Həməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan sevinc hissi duyuruq.

Bu xoş fürsətdən istifadə edərək dost ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu ifadə edir, Sizə uzun ömür, möhkəm cansağlığı, dost xalqınıza davamlı inkişaf və rifah arzulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR