Mehriban Əliyeva Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan Raman Salehi təbrik edib - VİDEO

Mehriban Əliyeva Paralimpiya Oyunlarında 3-cü qızıl medalını qazanan Raman Salehi təbrik edib - VİDEO
# 03 sentyabr 2021 19:12 (UTC +04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında uğurlu çıxış edən Azərbaycan yığmasını və 3-cü qızıl medalını qazanan Raman Salehi təbrik edib.

APA-nın məlumatına görə, Mehriban Əliyeva “İnstagram” səhifəsində etdiyi paylaşımında “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!” - deyə yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR