Moldova dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Moldova Prezidenti Maya Sandu

© APA | Moldova Prezidenti Maya Sandu

# 01 iyun 2021 16:55 (UTC +04:00)

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Moldova Respublikasının xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə qeyd etmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud xoş münasibətlər qarşılıqlı etimada və hörmətə əsaslanır.

Əminəm ki, müxtəlif sahələrdə Moldova-Azərbaycan dialoqu bundan sonra da dinamik inkişaf edəcək. Xalqlarımızın və dövlətlərimizin rifahı naminə ümumi səylərimizlə bu mühüm hədəfi reallaşdırmağa hazır olduğumuzu bir daha təsdiq etmək istəyirəm.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul edin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR